Haqqa, ədalətə, sülhə, əmin-amanlığa, insanlığa səs verək!
Bu gün sizlərə, əziz xalqıma bir igid oğlumuzdan söhbət açmaq istəyirəm. Onun adı Hikmətdir. Bəli, Hikmət Şirinov.
Hikmət Şirinov kimdir? Gəlin onu daha yaxından tanıyaq. Hikmət Şirinov 1981-ci il dekabrın 29-da Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra, 1998-ci ildə Azərbaycan Hərbi məktəbinə daxil olub. 2002-ci ildə leytenant rütbəsi ilə məzun olub. Bir il ixtisaslaşdırma kursu keçdikdən sonra, 2003-cü ildə hərbi hissələrdə xidmətlə bağlı təyinat alıb. Cəbhə bölgəsində, Gəncə bölgəsində, Gəncə şəhərində, daha sonra Azərbaycan Sülhməramlı Qüvvələrində, Kosova və İraqda sülhməramlı əməliyyatlarda iştirak etmişdir. Sülhməramlı əməliyyatla bağlı bir çox kurs, təlimlər keçmiş və bu sahə üzrə əvəzsiz mütəxəssiz kimi püxtələşmişdir. İngilis və rus dillərində sərbəst danışan Hikmət Şirinov hal-hazırda SAHİL – inn HOTEL MMC-də direktor vəzifəsində çalışır. Ailəlidir,dörd övladı var.
Ürəyi, qəlbi daim vətən eşqi ilə döyünən el oğlumuz Azərbaycanın daha da çiçəklənməsi, inkişafı naminə çalışır. Və elə bu məqsədlə də 2020 – ci il 9 fevral deputat seçkilərində 80 saylı İmişli – Beyləqan seçki dairəsindən namizədliyi irəli sürülən Hikmət Şirinov əhali tərəfindən xoş qarşılandı. Camaatın ona olan sevgisinə, etibarına, inamına rəğmən bəzi üzdəniraq işbazlar, saxtakarlığa yol verərək qanuna zidd hərəkətlər etsələr də, çox hörmətli Prezidentimiz İlham Əliyev Cənablarının haqq-ədalət prinsipi qalib oldu saxta seçkilər ləğv olundu.
Biz inanırıq ki, xalq öz seçimində yanılmayacaq, layiqli oğluna səs verəcək.
Biz də hər zaman haqqın, ədalətin carçısı olaraq sizinləyik!
Haqqa, ədalətə, sülhə, əmin-amanlığa, insanlığa səs verək!
“Qızıl qələm” mükafatı laureatı Ramilə Atəş
Pressaz.az