HACI LOĞMAN MƏHƏMMDÖĞLU: XOŞBƏXT KASIBLAR
Xoşbəxt kasıblar
Kasıblıq özü də bir naz nemətdir,
Borc da verən yoxdu, borcu da yoxdu.
Hamının bəxtinin tale ulduzu.
Kasıbın ulduzu, bürcü də yoxdur..
Seçilmiş bəndəsi Allahın əziz,
Ürəyi də təmiz. Cibi də təmiz,
Deyir doğanaqdan keçəcək düyün,…
Deyəsən kəndirin ucu da yoxdu…
Milyonçu ölkənin kasıb zümrəsi..
Zülümə məhkumdu tamam cümləsi..
Bircə ümid yeri imam cüməsi,
Daha yalvarmağa gücü də yoxdu..
Kasıblar, yemirsiz özgə haqqını,
Bir gün haqqın əli döyər qapını
Allaha borcu var, təkcə öz canı,
Xoşbəxtdi, kimsəyə borcu ha yoxdu...