Həkim -şair Əfrahim Hüseynli:”Sən doğulan gün”…FOTO
Bu gün tanınmış həkim, şair Əfrahim Hüseynlinin qızı Afaq xanımın doğum günüdür. Pressaz.az kollektivi olaraq Afaq xanımı təbrik edirik. Ad gününüz mübarək olsun, Afaq xanım!
Əfrahim Hüseynli: “Afaq, qızım! Doğum günün mübarək! Hər gələn gün ömrünə xoşbəxtliklər, evinizə yaz nəfəsi gətirsin! Tanrı sizi qorusun!”…
SƏN DOĞULAN GÜN
( Qızım Afaqa )
Yuxumu dediyim çay bu çay imiş,
Sularda görünən Ay bu Ay imiş.
Tanrıdan pay umdum, pay bu pay imiş,-
Dünyayla barışdım sən doğulan gün.
Həsrətin torpağa dəydi kürəyi,-
Bir pay gətiribdi tale küləyi.
Üzünü isladan anam İpəyin
Yaş deyil, yağışdı sən doğulan gün.
Xatirələr mənə nələr danışdı…
Daha saçım bəyaz, alnım qırışdı…
Sorağımda qaldı dost da, tanış da,
Bu evə yığışdım sən doğulan gün.
Gəlsin muştşluqçu, payı qalan var;
Bu gündən bu yana “dayı” olan var.
Baxışım xalı tək sərilən yollar
Nağılmı danışdı sən doğulan gün?!
Atam oğul dedi sarışın qıza,
Bu yurdda yer yoxdu daha payıza.
Göydən Ay boylandı, ulduz ulduza
Təzədən qarışdı sən doğulan gün.
Hardasa ağlasa, gülsə bir uşaq,
Səni axtararam Afaq, ay Afaq!
Oduna yandığım bu od, bu ocaq
Təzədən alışdı sən doğulan gün.
Əfrahim Hüseynli – Pressaz.az