Həkim- şair Əfrahim Hüseynli – Yeni şeirlər…

ÖZÜMƏ BEL BAĞLAMIŞDIM

İllər boyu neçə şeir
Yazıldı gör kimə xətir…
Misra-misra, sətir-sətir
Sözümə bel bağlamışdım.

Yuxu oldu, nağıl oldu,-
Sönməz bilirdim bu odu.
Külü də göyə sovruldu,-
Közümə bel bağlamışdım.

Dəniz tapdı, yox limanı,
Günlər seçdi, yox gümanı…
Görmədi olub-olanı,-
Gözümə bel bağlamışdım.

Cığır oldu, bilinmədi,
Yol da oldu, görünmədi,-
Döğma da özgəymiş, nədi?..
İzimə bel bağlamışdım

Ağlıma gəlməzdi bu qış,
Yollar dona qarış-qarış.
Ölüm başımın altdaymış,
Özümə bel başlamışdım.

 

Əfrahim Hüseynli – Pressaz.az