Həkim Rəfiqə Abbasova: ” İnsanlıq gözəl mənəvi,əxlaqi dəyərlərin toplumunda gözəlləşir”…

İnsanlıq gözəl mənəvi,əxlaqi dəyərlərin toplumunda gözəlləşir.
Əgər ilahidən belə gözəl məziyyətlərlə mükafatlandırılan insanla ünsiyyətdə olursansa deməli həyat gözündə gözəlləşər,dəyərlənər.
Saf mənəviyyata, daxili gözəlliyə, zahirən istiqanlı, möhtəşəm bir auraya malik olan, çox sevdiyim zərif, gözəl, nəcib YAZGÜL xanım ABDİYEVA, dünyamızı bəzədiyiniz gün mübarək!
Sizin bir ziyalı xanım kimi, görkəmli alim-oftalmoloq kimi,Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini kimi, ARVO Assosiasiyasının üzvü kimi,”Sağlamlığın qorunması İB” sədri kimi-daim xalqımızın, millətimizin,dövlətimizin yanında olmağınız ölçüyə gəlməz bir dəstəkdir.
İstər 44 günlük qələbə soraqlı torpaqlarımız uğrunda gedən vətən müharibəsində əsil vətəndaş mövqeyində böyük dəstəyiniz,gördüyünüz böyük işlər ölçüyə gəlməzdir və bu yolda sizə daha böyük uğurlar əldə etməyinizi arzulayıram.
TƏBRİK EDİRƏM.
Ömrünüz gözəl, günləriniz xoş,sağlamlığınız möhkəm olsun, əziz YAZGÜL XANIM.

 

 

Rəfiqə Abbasova -Pressaz.az