Güclü yağış Abşeronda fəsadlar yaratdı – VİDEO

Güclü yağışın yağması nəticəsində Abşeron rayonunda da bir neçə küçəni su basıb. Xırdalan şəhəri Həsən Bəy Zərdabi küçəsində kanalizasiya suları həyətlərə dolub. Rayon İcra Hakimiyyətindən bildirilib ki, problemin aradan qaldırılması istiqamətində işlər aparılır

Ölkə ərzisində yağan güclü yağış Abşeron rayonunda yenidən bir sıra fəsadlara yol açıb.Xırdalan şəhərində yağış suları kanalizasiyanın daşmasına səbəb olub. Hadisə şəhərin 26-cı məhəllə Həsən Bəy Zərdabi küçəsində qeydə alınıb.

Nəticədə küçələri, hətta bəzi həyət evlərini su basıb.Sakinlər məsələ ilə bağlı Azərsu ASC-ə və Abşeron rayon İcra Hakimiyyətinə məlumat veriblər.

Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətindən bildirilib ki, Xırdalan şəhərinin kanalizaiya sularını kənarlaşdıran mərkəzi nasosxanada hazırda yenidənqurma işləri görülür. “Azərsu” ASC tərəfindən mərkəzi nasosxanadan Bakı istiqamətinə 4.2 km uzunluğunda təzyiqli magistral xəttin çəkilişi başa çatıb. Nasosxana üçün 8 ədəd yeni nasos gətirilib və hazırda quraşdırma işləri görülür. Quraşdırma işlərinin sentyabrın sonunadək başa çatdırılaraq naosxananın istifadəyə verilməsi planlaşdırılır. Nasosxananın yenidən qurulması başa çatdıqdan sonra Xırdalanın kanalizasiya bağlı problemləri aradan qaldırılacaq.