Gözəllik müsabiqəsinin qalibi səhnədə huşunu itirdi – VİDEO

“Miss Grand International” gözəllik müsabiqəsinin paraqvaylı finalçısı Klara Sosa qalib elan edildikdən sonra huşunu itirib.

Pressaz.az Oxu.Az-a istinadən xəbərinə görə, onun yanında dayanan Hindistan nümayəndəsi Minakşi Çaudhari Klaranı tuta bilməyib.

Kadrlarda da görünür ki, qızlar bir-birlərinin əlindən tutaraq nəticənin elan olunmasını gözləyirlər. Aparıcı “Paraqvay” deyəndən sonra Sosa huşunu itirərək yerə yıxılır.

Bir müddət sonra Klara özünə gəlib və tacı başına qoyub.