Fazil Əsədin söz dünyasından… FOTO
SÖZÜMÜN ŞƏKLİNİ ÇƏKİR ÜRƏYİM
Anammı yaratdı məni beləcə ?
Yaradan verdimi bu səbri mənə ?
Səngər əvəzinə , səngər yerinə
Yaman sırıdılar bu qəbri mənə,-
Dözümün şəklini çəkir ürəyim.
Ümidin kölgəsi sürünür indi ,
Sürünür ardımca çatmaqdan ötrü.
Ruhumun ümidi nəyə çatacaq ?
Məni yaman yorur pak sözün ətri,-
Sözümün şəklini çəkir ürəyim.
Qabağa gedirəm,dala gəlirəm,
Bir addım irəli,bir addım geri …
…Ürəyim atlanır , dördnala çapır,
Ürəyimdən keçir addım izləri ,-
İzimin şəklini çəkir ürəyim.
Bəxtimizə çıxdı Zəfər günləri ,
Harda sürünürdüm , indi hardayam ?..
Özümlə danışıb söhbətləşirəm ,
Harda sevgi varsa bil ki,ordayam,-
Özümün şəklini çəkir ürəyim.
FAZİL ƏSƏD -Pressaz.az