Fazil Əsəd:” ŞUŞAYA APARAN YOLLAR”
ŞUŞAYA APARAN YOLLAR
Şuşaya aparan yollar
içimdən, çölümdən keçər ,
sözümdən, dilimdən keçər.
Şəhid adlı ölümdən keçər
Şuşaya aparan yollar…
Oğullar keçdi canından ,
keçdi ruhundan, qanından.
Şuşaya aparan yollar
Keçdi şəhidlik anından.
Qarabağ Azərbaycandı!
Dərdimiz nədən göyərsin?..
Şəhid ruhları zirvədə
Fırlanır… “bədən” göyərsin!
Torpağa əkildi ŞƏHİD…
Əkildi – VƏTƏN göyərsin!!!
Xalqımın ZƏFƏR yoludu,
Göylərə qaldırdı bizi.
Dərd – qəmdən qoparan yollar
Zirvəyə qaldırdı bizi.
Şuşaya aparan yollar!
Şuşaya aparan yollar!
FAZİL ƏSƏD – pressaz.az