Fazil Əsəd: “Daş və Torpaq”
DAŞ VƏ TORPAQ
Sanki daşla torpaq qol-boyun olub,
Mənim ürəyimdi,ruhumdu onlar.
Torpağın sinəsi daş ilə dolub,
Bəlkə ta qədimdən qohumdu onlar.
Torpağın sinəsi daş ilə dolu,
Amma ki ürəyi daşdan da deyil.
Daşın boynundadır torpağın qolu,
Torpağın önündə daş kimi əyil.
Belə yaşayırlar min illər boyu,
Torpaq daşdan ayrı durası deyil.
Beləcə seyr edib günəşi,ayı,
Torpaq daşsız həyat qurası deyil.
Daşla torpaq bədənlə baş kimidir,
Başsız bədən,bədənsiz baş heç nədi.
Vallah,daşlar torpağın daş qəmidir,
Daşsız torpaq,torpaqsız daş heç nədi.
Pressaz.az