Fazil Əsəd: “AZƏRBAYCAN -TÜRKİYƏ” – FOTO

 

          VƏTƏN

Hər əsgər ərdi,oğuldu,
Döyüşdə nərdi,oğuldu.
Əvvəl oğullar “doğuldu”,
Vətən dünyaya “göz açdı” …
Çox pakdı – “Quran”dı vətən !

Düşməni vurub yıxdılar ,
Zirvəyə bayraq taxdılar .
Qantək torpağa “axdılar” ,
Oğullar şəhid oldular,-
Düşməndən darandı vətən !

…Vətəni azad etdiniz ,
Qəlpdə əbədi bitdiniz .
Cənnətə doğru getdiniz ,
Oldunuz cənnət sakini ,-
YENİDƏN YARANDI VƏTƏN !!!

AZƏRBAYCAN – TÜRKİYƏ

İki dövlət, bir millət ,
Türk qanıdır qanımız .
Vətən üçün ölərik ,
Yurda qurban canımız .
Nurlu sabah gözləyir
Bizi elə hƏMİŞƏ .
Heç vaxt üz çevirmərik
Düşmən açan atəşə .
Azərbaycan – Türkiyə !
Türkiyə – Azərbaycan !

Düşməndən qorxumuz yox,
Sinə gərdik yağıya .
Düşmən üstə yeridik ,
Saldıq onu qorxuya .
Türk oğluyuq – türkük biz,
Döyüşdə şir kimiyik !
Düşmənə od ələrik ,
Görünməz sirr kimiyik !
Azərbaycan – Türkiyə !
Türkiyə – Azərbaycan !

Torpağı,dağı,daşı
Suvarar şəhid qanı !…
Çökdürə bilməz kimsə
Məğrur Azərbaycanı !
Düşmən olana nifrət ,
Dost olana can dedik !
Düşmənə od yağdırıb ,
Get alışıb yan dedik !..
Azərbaycan – Türkiyə !
Türkiyə – Azərbaycan !

Fazil Əsəd-Pressaz.az