Fazil Əsəd: “Əsəd Cahangirə”…
ƏSƏD CAHANGİRƏ
Vaxt ömrü ələyib keçir,
Nuruna bələyib keçir.
Sevgilər diləyib keçir
Baxtı da, ƏSƏD Cahangir!
Sevilib, sevdin elində,
Allah kəlməsi dilində…
Oturdun kitab əlində
Taxtında, Əsəd Cahangir!
Bir yanda saz, bir yanda ney,
Saf sevginlə yaşadın hey…
Bilirsən, gözəldi hər şey
Vaxtında, Əsəd Cahangir!
Fazil Əsəd- Pressaz.az