Ermənilər Şuşanı bu vəziyyətə salıb – YENİ GÖRÜNTÜLƏR

İşğaldan azad olunmuş Şuşa şəhərindən yeni fotogörüntülər yayılıb.
Pressaz.az Xezerxeber.az-a istinadən xəbər verir ki, görüntüləri Azərbaycan Memarlar İttifaqı İdarə Heyətin üzvü, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov yayıb.
F.İsmayılav qeyd edib ki, ermənilər Şuşa şəhərində dağıntılar törədib: “Dağıdılan, dəyişdirilən, erməniləşdirilməyə cəhd edilən Şuşamız… Yaxşı ki, biz qayıtdıq, yaxşı ki, biz gəldik, yoxsa heç bir əlamət qalmayacaqdı köhnə Şuşadan”.
Qeyd edək ki, hazırda 60 nəfərə qədər heyətdən ibarət qrupun iştirakı ilə Şuşa şəhərində qiymətləndirmə və inventarlaşdırma işləri həyata keçirir. Şuşada abidələrin böyük bir hissəsinin quruluşunun və xarici görünüşünün dəyişdirildiyi məlum olub.