Ermənilər Ağdam rayonunda da ekoloji terror törədirlər – VİDEO

Ermənilər ekoloji terror törətməkdə davam edirlər. Mənfur düşmən bu dəfə Ağdamdakı mülki yaşayış məntəqələrini və meşələri yandırır.
Pressaz.az Xezerxeber.az-a istinadən xəbər verir ki, Ağdamda cəmi iki gün vaxtı qalan ermənilər Kəlbəcərdəki əməllərini indi bu rayonumuzda təkrarlayırlar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Emin Qarabağlı deyib ki, qəsdən törədilən yanğınlar zamanı ekosistemə bərpaolunmaz ziyan dəyir, həmçinin canlı aləm üçün də böyük təhlükə yaranır.
Emin Qarabağlının sözlərinə görə, Kəlbəcər və Ağdamda törədilən ekoloji terrorla bağlı bütün faktlar əsas götürülərək, həmin ərazilərdə çəkilən foto və videolarla birgə beynəlxaq təşkilatlara göndərilib.
Qeyd edək ki, Azərbaycan-Rusiya-Ermənistan arasında imzalanmış üçtərəfli bəyanata əsasən, ermənilər noyabrın 20-dək Ağdamı tərk etməlidirlər. Bu məğlubiyyətlə razılaşa bilməyən ermənilər çıxmaq məcburiyyətində qaldıqları evləri və meşələri yandırırlar.
Pressaz.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: