Elvin Talışınski: “Bizlərə verilən fürsət Ramazan” – FOTO
BİZLƏRƏ VERİLƏN FÜRSƏT RAMAZAN
Əhli müsəlmanlar durar səcdəyə,
Bu səhər ucadan səslənər Azan.
Göydən mələklər də enər müjdəyə,
Hər evdə aramla oxunar Quran.
İnsanı bəzəyən zinət Ramazan
Bizlərə verilən fürsət Ramazan.
Dünya imtahandır, həyat da sınaq,
Verilən nemətə şükür edək hər an.
Haramdan, nahaqdan uzaqlaşaraq,
Bu ayda qazanar Onu anlayan.
İnsanı bəzəyən zinət Ramazan
Bizlərə verilən fürsət Ramazan.
Gözlərim orucdur, qulağım oruc,
Artıq şübhələr də olubdur yalan.
Kirlənmiş qəlbləri təmizlər oruc,
Hamının dərdinə tapılar dərman.
İnsanı bəzəyən zinət Ramazan
Bizlərə verilən fürsət Ramazan.
Sular durulanar axar çeşmədən,
Məsciddə dualar edilən zaman.
İlahi səslərin məlahətindən,
Əfv edər bəndəsin Uca Yaradan.
İnsanı bəzəyən zinət Ramazan
Bizlərə verilən fürsət Ramazan.
Cənnət qapısını açdın bizlərə,
Zəncirə vuruldu bu ayda Şeytan.
Qardaşlıq hissi ilə dolu qəlblərə,
Xəbər gətirmisən Tanrı qatından.
İnsanı bəzəyən zinət Ramazan
Bizlərə verilən fürsət Ramazan.
Əvvəlin rəhmətdir, sonun qurtuluş,
Zalım insanlara verməzsən aman.
İmanım səninlə qidalanırmış,
Ayların Sultanı, Xilaskarısan.
İnsanı bəzəyən zinət Ramazan
Bizlərə verilən fürsət Ramazan.
Elvin Talışınski – Pressaz.az