Elvin Talışınski: “AZƏRBAYCAN!” – VİDEO
AZƏRBAYCAN!
Hər şeydən ucadır vətən sevgisi,
Bizlərə mirasdır ata-babadan.
Ən üstün zinətdir kiçik zərrəsi,
Şimşək olub çaxan, sel kimi coşan,
Sənə canım qurban Azərbaycan!
Bir gül parçasıdır hər yerin sənin,
Əlvan çiçəklərlə bəzənib hər yan.
Qürurum, fəxrim, şərəf, mənliyim,
Əlimdə bayraqdır, qəlbimdə iman,
Sənə canım qurban Azərbaycan!
Vətənin sevməyənə insan deyilməz,
Onu yaşayasan gərək sən candan.
Torpaqdan heç kəsə bir pay verilməz,
Uğrunda ölməyə hazırıq hər an,
Sənə canım qurban Azərbaycan!
Bu sevgi quru bir ifadə deyil,
Sinəndə yetişib min bir qəhrəman.
Bu xalqın övladı qorxaq da deyil,
Bir gün Qarabağda yazılar dastan,
Sənə canım qurban Azərbaycan!
Pressaz.az