Eltun Turkel: “QARABAĞ VƏTƏNDİR, AZƏRBAYCANDIR!” – VİDEO

QARABAĞ VƏTƏNDİR, AZƏRBAYCANDIR!

Yolumuz haqq yolu, Türkün yoludur,
Bu yola nur saçan tökülən qandır.
Açılan sabahlar zəfər doludur,
Bayrağım səmada qızaran dandır,
Qarabağ Vətəndir, Azərbaycandır.

Ocağı sönməzdir Oğuz yurdunun,
Külündən od törər hər bir qurdunun.
Yenilməz, müzəffər, məğrur ordunun,
Atdığı hər addım zülmə üsyandır,
Qarabağ Vətəndir, Azərbaycandır.

Vətən qibləgahım, Vətən yönümdür,
Vətən ucalığım, Vətən ünümdür,
Vətən əqidəmdir, Vətən dinimdir,
Şüar var, “Vətəni sevmək imandır”,
Qarabağ Vətəndir, Azərbaycandır.

 

Pressaz.az