Elman İsrafiloğlu:”Ad günün mübarək, Şəhidim! – FOTO

Ad günün mübarək, Şəhidim!
04 may 2021-ci il tarixdə Şəhid Hüseynli Şahin Vaqif oğlunun (Şahin Zirvənin) 26 yaşı, cənnətdə isə bir yaşı tamam oldu. Şəhidimizin ad günü Beyləqan rayonunun Cərciz peyğəmbər ziyarətgahında müqəddəs Şəhidlər xiyabanından başlandı. Vətən müharibəsi illərində xalqımız necə birlik nümayiş etmişdisə bu gün də həmin birliyin şahidi olduq. Şahin Zirvənin ad gününü eşidib bilən hər kəs Şəhidlər xiyabanına axışırdı. Sanki hər kəs öz doğma Şəhid balasının ad gününə tələsirdi. İnsanlar pandemiya qaydalarına əməl edərək ara məsafəsi saxlamaqla yanaşı qoruyucu maskalardan istifadə edirdilər.Şəhidimizin ad günündə Beyləqan rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova, RİH-nin nümayəndələri,Beyləqan rayon Mədəniyyət evinin direktoru İxtiyar Məmmədov, Beyləqan rayon MKS-sisteminin direktoru Gültəkin Məmmədova, Beyləqan rayon Tarixdiyarşünaslıq muzeyinin direktoru Mehriban İsgəndərova, 15 Temruz Türkiyə-Azərbaycan şəhid və qazi ailələrinə dəstək federasionunun Beyləqan başkanlığının başkanı İsmayıl Ateş,başkanlığın nümayəndələri, Azərbaycan Respublikası”Qayğı” cəmiyyətinin Beyləqan bölməsinin sədri Sabit Mehdiyev, Şəhid R.Abbasov adına Beyləqan şəhər 4 saylı tam orta məktəbin direktoru Tamilla Quliyeva, məktəbin şagirdləri,”Quruluş” qəzetinin baş redaktoru, hergun.az saytının rəhbəri Elman İsrafiloğlu, şəhidin ailə üzvləri və KİV nümayəndələri iştirak edib.
Ad günü Şəhid Hüseynli Şahin Vaqif oğlunun ruhunun bir dəqiqəlik sükutla yad edilməsiylə və Vətən müharibəsi şəhidlərinin anılmasıyla başladı.
Beyləqan rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova 44 gün davam edən vətən müharibəsindəki hərbi nailiyyətlərimiz, işğala məruz qalan bölgələrimizin azad olunmasından danışdı. Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin adından şəhidimizin ailə üzvlərinə baş sağlığı verdi . Həmçinin ordu quruculuğuna Ali Baş Komandan İlham Əliyevin ayırdığı diqqət və qayğıdan bəhs etdi.
Şəhid R.Abbasov adına Beyləqan şəhər 4 saylı tam orta məktəbin direktoru Tamilla Quliyeva tədbirdə çıxış edərək şəhid Şahin Hüseynlinin keçdiyi qısa və mənalı həyat yolundan söz açdı. Şəhidimizin məktəb illərindən danışan Tamilla müəllimə bildirdi ki, Şahin Zirvə məktəbdə oxuduğu illərdə də nümunəvi bir şagird kimi özünü göstərib, sinif yoldaşlarına həmişə nümunə olardı. Sonra T.Quliyeva üəzrində Şəhidimizin şəkli olan hədiyyəni şəhidin anası Tərgül anaya təqdim etdi. Məktəbin şagirdləri şəhidlərə həsr olunmuş şeirlər söylədilər.
Beyləqan rayon Tarixdiyarşünaslıq muzeyinin direktoru Mehriban İsgəndərova çıxış edərək bildirdi ki, bu gün burada sağ-salamat qalmağımız şəhidlərimizin hesabınadır. Onlar Vətən uğrunda şəhid olublar. Şəhid analarının qarşısında baş əyirəm.
Azərbaycan Respublikası ”Qayğı” cəmiyyətinin Beyləqan bölməsinin sədri Sabit Mehdiyev çıxış edərək rəhbərlik etdiyi təşkilatın sədri Müşviq Əliyevin adından şəhidin ailə üzvlərinə və qohumlarına baş sağlığı verdi.
15 temruz Türkiyə-Azərbaycan şəhid və qazi ailələrinə dəstək federasionunun Beyləqan başkanlığının başkanı İsmayıl Ateş çıxış edərək doktor Adem Akkuşun adından şəhid ailəsinə və qohumlarına baş sağlığı verdi. Bildirdi ki, Türtiyə həmişə qardaş Azərbaycanın yanındadır. Qeyd etdi ki, biz bir millət iki dövlətik.
Ölkəmizin tanınmış jurnalisti, şair , AYB,AJB-nin üzvü hergun.az saytının rəhbəri Elman İsrafiloğlu Ali Baş Komandan müzəffər İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun 44 gün ərzində torpaqlarımızı mənfur erməni işğalından azad etməsindən söz açdı və “Şəhidlər” şeirini oxudu.
Beyləqan rayon MKS-in direktoru Gültəkin Məmmədova çıxış edərəkVətən müharibəsi zamanı igid döyüşçülərimizin qəhrəmanlığından söz açdı. Belə qəhrəmanlardan birinin də Şahin Zirvə olduğunu vurğuladı və şəhidin ailə üzvlərinə baş sağlığı verdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin.Sonra Şəhidimizin məzarı önündə şəkillər çəkdirildi.
Ad günün mübarək, şəhidim!
Məkanın cənnət olsun!

 

Elman İsrafiloğlu