Elman İsrafiloğlu: “ŞƏHİDLƏR UNUDULMUR!” – FOTO
Pressaz.az xəbər verir ki, 21 avqust 2021-ci il tarixdə şair Əbülfət İmanov, Tahir Hüseyn, Elman İsrafiloğlu Beylqan rayonu şəhid Akif Əkbərov və şəhid Elxan Əliyev küçələrinin kəsişməsində ucaldılmış Şəhidlər abidə kompleksini ziyarət etmişlər.
44 gün davam edən Vətən müharibəsi və Birinci Qarabağ şəhidlərinin xatirəsinə Beyləqan şəhərində ucaldılmış Şəhidlər abidə kompleksini ziyarət edən şairlər şəhidlərin xatirəsinə dualar etmişlər.
Sonra şairlər Hidayət Ağalar, yazıçı-publisist Vidadi Hidayət, Şair Tahir Hüseyn,Əbülfət İmanov, Elman İsrafiloğlu söz dünyalarına səyahət etdilər. Şəhidlərə həsr etdikləri şeirlərdən söz açdılar və yeni yazdıqları şeirlər haqqında fikir mübadiləsi apardılar.
Elman İsrafiloğu – pressaz.az