Eldəniz Kərəmoğlu – Yeni şeirlər
ŞƏHİD GENERALIMIZ HƏŞİMOV POLAD
Düşmənə udduran qan əsgərimiz,
Sökülür deyəsən dan əsgərimiz,
Qurbandı yoluna can əsgərimiz,
Sənin komandirin ad yazıbdı ad!
Şəhid Generalımız Həşimov Polad!
Adından düşməni lərzəyə gəlir,
Zalım qaniçənin bağrını dəlir,
Şərəfli adıyla zirvələrdədir,
O yerə toxuna bilərmi bir yad?
Şəhid Generalımız Həşimov Polad!
Uzundə təbəssüm, qəlbində qubar,
Solmasın bağında, baxcasında bar,
Unutmaz övladın o uca dağlar,
İndi cənnətdədir xeyirli övlad.
Şəhid Generalımız Həşimov Polad!
Ana torpağıma göz tikən yağı,
Anan matəmində deyəcək ağı,
Geriyə qaytarıb ana torpağı,
Qısasın alınar düşməndən üç qat.
Şəhid generalımız Həşimov Polad!
Eldəniz ürəyi vətənə bağlı,
Bu xalqın əzəldən ürəyi dağlı,
Həyat keşməkeşli qaralı ağlı,
İnşallah sənin tək məndə yazım ad.
Şəhid generalımız Həşimov Polad!
SUSAYIB MÜSƏLMAN QANINA DÜNYA
Dolub möminlərlə kafir zindanı,
Didir parcalayır gunahsız canı.
Axi haqq-ədalət hardadı hanı?
Susayıb müsəlman qanına dünya.
Fələstin kimlərə ərmağan gedir,
Bu zülmü onlara kim rəva edir.
Haqqı bilənlərsə qorxub gizlədir,
Susayıb müsəlman qanına dünya.
Başda məlunlarin baş kəsənləri,
Suriyada qan gölü edir hər yeri.
Allah götürərmi bu zülümləri,
Susayıb müsəlman qanına dünya.
Yəmən torpaqları qəmli-qüssəli,
Onlara nə deyək olsun təsəlli.
Qarabag dərdi də hamıya bəlli,
Susayıb müsəlman qanına dünya.
Pressaz.az