Elçin İsmayılovun söz dünyasından… FOTO
Mənim dosdum, bilirsənmi? hamı ölüb gedəcək.
Dünya evdir hər kəs biraz qonaq
qalıb gedəcək.
Fələk bizə qismət yazıb
Az ya çox,ac ya tox.
Hamı biraz
Bu fələkdən günlər çalıb gedəcək.
Bu dünyada hesab qurma hesabını quranla.
Günahların çəkiləcək
Atam oglu qramla
Biri elə, biri belə quransız ya quranla
Hamsı birdir, yer üzündən kim
nə alıb gedəcək?
Ömür səsdir, sədadır,
ya da,elə nəgmədir.
Hərə biraz oxunar.
Yada elə xalçadır
İlmə -ilmə toxunar.
Ya da ki, bir agacdır
Tez quruyar yıxılar.
Bu xalçada ,bu agacda
Torpaq olub gedəcək
Yavaş- yavaş qırış keçir üzündən.
Yavaş – yavaş dünya düşür gözündən
Dagdan gələn sel kimisən düzdə yopub bitirsən .
Ya da ,elə sən sadəcə seldə batıb itirsən.
Yer üzündə hamı bir gün selə dalıb gedəcək.
Qatar gedir,bu gedişə hazır ol.
Yerə görə qaygılanma yer çatar.
Milyon- milyon adam tutur bu qatar.
Qatar dəli at kimidir minənləri tez atar.
Minənləri düşürəcək ,yenə dolub gedəcək.
*******************************
Görəsən bu adam niyə aglayır?
Sakit hıçqırtısı sinə daglayır…
Gözündən tökülən göz yaşı deyil,
Bir ələm selidir axır,çaglayır.
Atam ,dərdin nədir?
nə olub sənə?
Bilirəm agırdı sən söylə yenə.
Dərdi söyləyəndə azalır bir az
Söylə ürəyinə yaxın gələnə.
Qardaş nə dərddirki gücün tükənir.
Gözlərin yaşarır qəlbin gücənir.
Üzünə baxmıram,səndə utanma.
Məndə utanıram ,içim incəlir.
Aglama qardaşım, atam aglama.
Mənidə aglatma “qadam” aglama.
Dərdimizdir bizi adam eləyən
Aglasa boşalır adam, aglama.
Elçin İsmayılov- pressaz.az