Dr. Allerqoloq Vəfa Tarverdiyeva: ALLERGEN SPESIFIK IMMUNOTERAPIYA NEDIR

ALLERGEN SPESIFIK IMMUNOTERAPIYA NEDIR?
Allergik xəstələrin müalicəsində məqsəd simptomları azaltmaq və xəstəliyin proqressivləşməsinin qarşısını almaqdır.İnhalyasion allergenlərə həssas xəstələrdə ilk tədbir qorunmaqdır.Allergenlərdən qorunmaq praktik olaraq hər zaman mümkün olmur. AİT xəstənin həssas olduğu kliniki olaraq təsdiqlənmiş allergenlərin gedərək artan dozalarla inyeksiya olunmasidir.Burada məqsəd immun cavabın dəyişdirilməsiylə simptomlarin və dərman müalicəsinin azaldılması və ya tamamilə kəsilməsidir. AİT xəstələri yeni allergenlərə həssasliğin yaranmasından və astmanın inkişafından qoruyur. AİT-lə xəstələrdə uzun sürən yaxşılaşmalar əldə olunur.AİT-in təsiri mualicə bitdikdən uzun müddət sonra da dəvam edir.AİT 3 ildən 5 ilə qədər aparılır.AİT üçün olan göstərişlər aşağıdakılardır.
?Allergik rinit və ya astmanın İg E asılı olması.
?Simptomların allergenlə bir başa əlaqəli olması.
?Simptomların müddəti və ciddiyyəti
?Allergendən qorunmanın mümkün olmaması,dərman müalicəsinə baxmayaraq əlamətlərin iki sezon boyunca dəvam etməsi
AİT-in aparılmasına olan əks göstərişlər
?İdarə edilə bilməyən astma (FEV1 <70% ) ?Onkoloji xəstəliyin olması
?Autoimmun xəstəlik və immun çatısmazlıgın olması
?Keçirilmiş miokard infarktı
?Hamiləlikdə başlanmır ,əvvəldən başlanibsa dəvamedici dozada aparılır. 

 

M.Mirqasımov adına Respublika Kliniki  Xəstəxana, Allerqologiya  şöbəsi, Azerbaycan Allerqoloqlar Immunoloqlar Immunreablitoloqlar cəmiyyətinin  üzvü  Allerqoloq Vəfa  Tarverdiyeva.

 

Pressaz.az