Dr.allerqoloq pulmanoloq Reyhan Paşayeva: Astmanın kəskinləşməsinə səbəb nədir? – FOTO
Astmanın kəskinləşməsinə səbəb nədir?
1.Allergenlər- yəni allergiyaya səbəb olan maddələrdir. Allergiya immun sistemin genetik olaraq fərqli çalışması nəticəsində yaranan vəziyyətdir.Immun sistemin funksiyası orqanizmi ziyanlı maddələrdən qorumaqdır. Virus, mikrob , göbələk və s. Bəzən immun sistem genetik olaraq bəzi ziyansız maddələri məsələn, ev tozunu ziyanlı görərək onu zərərsizləşdirməyə çalışır. Bu zaman orqanizmin öz toxumaları zədələnir. Məsələn ev tozuna qarşı allergiyası olanlarda allergik rinit, astma xəstəliyinin yaranması kimi.
Əsas allergenlər bunlardır.
• Polenlər yəni bitki tozcuqları
• Çəmən otlarının polenləri
• Taxıl otlarının polenləri (buğda, arpa, yulaf, çovdar və s)
• Ağac polenləri (zeytun, fındıq, söyüd, çinar vəs )
• Yabanı otlar ( müxtəlif çayır otları və s)
• Ev tozu gənələri
• Kif göbələklərinin sporları
• Heyvan tükləri və epitelləri (it tükü, pişik tükü , dovşan , quş epiteli və s)
• Müxtəlif böcəklər
2.Infeksiyalar – tənəffüs yollarının müxtılif infeksiyaları tənəffüs yollarındakı iltihabı artıraraq astma xəstəliyini kəskinləşdirir. Qrip, soyuqdəymə, zökəm fonunda astma kəskinləşir, öskürək həftələrlə bəzən aylarla davam edir. Bağça və məktəbə gedən uşaqlar arasında bu infeksiyalar daha çox rast gəlinir. Buna görə uşaqlarda astma çox vaxt infeksiya fonunda ağırlaşır.
3.Mövsüm və hava dəyişkənliyi. Kəskin hava və rütubət dəyişkənliyi nəfəs yollarını qıcıqlandırarq astma tutmasına səbəb ola bilər.
4.Fiziki gərginlik. Astmalı xəstələrdə fiziki gərginlik tənəffüs yollarını qıcıqlandıraraq astma tutmasına səbəb ola bilər. Biz fiziki sakit vaxti tənəffüs etdikdə hava burun vasitəsi ilə alınır, hava burunda nəmlənir, isinir və ağciyərə daxil olur.Fiziki aktivlik zamanı tez-tez nəfəsalma ilə bağlı olaraq tənəffüs yolları quruyur və sinir ucları qıcıqlanaraq öskürək, xırılti, xışıltı kimi şikayətlər yaranmasına səbəb olur.Fiziki aktivlik zamanı, sürətli yerimə,qaçma zamanı astma tutması yaranırsa bu xəstəliyin kontrolda, nəzarətdə olmadığının bir göstəricisidir. Düzgün müalicə və nəzarət olunan bronxial astmada fiziki aktivlik zamanı öskürək, xırıltı və xışıltı olmamalıdır
5.Qıcıqlandırıcılar. Siqaret tüstüsü, təmizlik vasitələri, müxtəlif parfüm, odekalon, spreylər, yuyucu tozlar , bir sözlə müxtəlif kimyasallar tənəffüs yollarını qıcıqlandırıb astma tutmasına səbəb ola bilər.
6.Peşə astması. Müəyyən ixtisas sahiblərinin iş yerlərindəki müəyyən maddələrlə daimi kontaktda olması astmanı kəskinləşdirə bilər. Məsələn,gözəllik salonlarında çalışanların müxtəlif boyalarla kontaktda olması,çörək və şirniyyat sexlərində çalışanların davamlı un və buxarla, avtomobil ustalarının müxtlif rəng və ya yağlarla kontaktda olması və s. Belə pasientlərimiz iş otagının tez-tez havalanmasına diqqət etməli, iş zamanı xüsusi qoruyucu maskalardan istifadə etməlidirlər.
7.Dərman maddələri. Müəyyən ağrıkəsicilər, təzyiq əleyhinə dərmanlar, iltihab əleyhinə dərmanlar, ürək dərmanları astmanı kəskinləşdirə bilər. Ona görə də özbaşına dərman qəbulu qətiyyən yolverilməzdir.Əgər astma xəstəsi hər hansı xəstəliklə bağlı müalicə alacaqsa, təyin olunan dərmanlar mütləq şəkildə astma xəstəliyini müalicə edən həkimlə məsləhətləşərək qəbul etməlidir.
8.Qida maddələri. Bəzi qida maddələri uşaqlarda qida allergiyasına səbəb ola bilər. Araxis, yumurta, süd, balıq, qoz, fındıq və s. Allergiyası olanlarda bu qida maddələrinin qəbul olunması astmanı tətikləyə bilər. Qatqı maddələri olan qidalar, tərkibində dadlandırıcı, müxtəlif boya maddəsi, konservantlar olan qidaların qəbulu astmanı kəskinləşdirə bilər. Bronixal astması olan pasient kəskin duzlu, ədviyyalı qidaların çox qəbulundan uzaq durmalıdır.
9.Qastroezofagial reflü- Mədə möhtəviyyatının qida borusuna atılması öskürək və astma tutmasını artıra bilər. Reflünü azaltmaq üçün az-az, tez-tez qidalanma, ağır, yağlı, ədviyyatlə qidalar qəbul etməmək, alkoqoldan uzaq durmaq lazımdır. Son qidanı yatmazdan 4-5 saat öncə qəbul etmək, yatağın baş tərəfini bir qədər yuxarı qaldırmaq lazımdır.
10.Stress.Psixolji gərginlik,duyğusallıq,nevroz,panik atak astma xəstəliyini kəskinləşdirir. Buna görə də pasientlər xəstəliklərinə qarşı ciddi yanaşmalı, lazım olarsa psixoloji dəstək də almalıdırlar.
Kimlər astma üçün risk qrupundadır ?
• ailəsində, irsiyyətdə astma xəstəliyi olanlar
• atopik dermatit, allergik rinit xəstəliyi olanlar
• peşəsi ilə bağı olaraq tez-tez toz və ya kimyasal maddələrə məruz qalanlar
• siqaret çəkənlər
• piylənməsi olanlar
• uşaq yaş qrupunda tez – tez tənəffüs yollarının infeksion xəstəlikləri keçirənlər.
Dr.allerqoloq pulmanoloq Reyhan Paşayeva – media.info.az