Dilguşə Gülümcanın söz dünyasından…VİDEO
TÜRKÜM HARDA VARSA ORA VƏTƏNDİR!
Şəhidi ağlama, dik tut başını,
Vətənin şəhidi varsa, Vətəndir!
O qoruya bilsə hər bir daşını,
Canını torpağa sarsa, Vətəndir!
Cavanşir tarıxin xalq yaza bilib,
Babək, Cavad xanı olsa, Vətəndir!
Vuruşub, düşmənə ayağın silib,
Yadda Mübarizi qalsa, Vətəndir!
Unutmayıb dinin, həm də imanın,
Hər zaman ayaqda qalsa, Vətəndir!
Qovsa başı üstdən düşmən dumanın,
Yağıdan qisasın alsa, Vətəndir!
Türkü yıxa bilməz nə rus, nə dığa,
Nifrəti qəlbində yara, Vətəndir!
Olub yer üzündə həmişə ağa,
Türküm harda varsa ora, Vətəndir!!!
AZADLIQ İSTƏYİR AZƏRBAYCANIM
Ayağa dur, yatma, vur davulları,
Son savaşa səslə mərd oğulları,
Qarabağda hürür it gavurları,
Eli- obamızı biz azad edək,
Sonra başı uca, vüqarla gedək.
Şəhid verdi xalqım çox qoca, cavan,
Çadırda yedilər çörəyi yavan,
Ay millət, əsirdi qızın,həm anan,
Ya biz torpaqları geriyə alaq,
Ya ölüb,torpaqın altında qalaq.
Şərəfsiz, qeyrətsiz qanın qatanlar,
Erməni haxçığla birgə yatanlar,
Torpağı dığaya pulla satanlar,
Düşmənə can qardaş, dayı deyirlər,
Xalqın var-dövlətin onlar yeyirlər.
Qarabağın yolu bağlı cəfdədir,
Bunu görən yoxdur, hamı kefdədir,
Dərdim qalaq-qalaq neçə rəfdədir,
Torpaq hıçqırığı qulaq batırır,
Çalınan laylalar xalqı yatırır.
Hardasız, ay mənim qan qardaşlarım,
Qarabağ oduyla alışanlarım,
Əli silah tutan silahdaşlarım,
Sizə səslənirəm, qaçqın dağlılar,
Bəsdi Qarabağa dedik sağlıqlar.
Azadlıq istəyir hər daşın, qayan,
Dünyaya kimliyin, et artıq əyan,
AZƏRBAYCAN söylə, ayaqda dayan,
Türkün cəngisinin səsi yüksəlsin
QARABAĞDAN bayram sədası gəlsin.
ŞƏHİD ANASI
Əlini sinənə sıxıb ağlama,
Qurbanam ahına, yer-göy dağlama,
Düşmən sevinməsin, qara bağlama,
Allah seçdi səni, Şəhid anası.
Düşmən gülləsinə o sinə gərdi,
Vətənin dərdiydi oğlunun dərdi,
Fəxr et, sənin oğlun ər oğlu ərdi,
Allah seçdi səni, Şəhid anası.
Sən qəhrəman doğdun bu Vətən üçün,
Bu dərdə dözməyə gəl topla gücün,
Mərdlərim alacaq düşməndən öcün,
Allah seçdi səni, Şəhid anası.
Bilirəm yediyin irindir-qandır,
Düşünmə təsəlli vermək asandır,
Sönmüş ocağını səbrlə yandır,
Allah seçdi səni, Şəhid anası.
Gəlin birgə deyək, VƏTƏN sağ olsun,
Torpaq qoruyanın üzü ağ olsun,
Oğul, söykənəcək uca dağ olsun,
Allah seçdi səni, Şəhid anası.
Pressaz.az