Dilguşə Gülümcan: “TURAN DÖVLƏTİNİ TEZLİKLƏ QURAQ!”… – FOTO
TURAN DÖVLƏTİNİ TEZLİKLƏ QURAQ
Mənim vətənimin daşı, kəsəyi,
Yoğrulub xalqımın qan yaddaşıyla.
Ölkəmin laləli, güllü döşəyi,
Bəzənib şəhidin qara daşıyla.
Dilbər guşəliydi gözəl Qarabağ,
Şikəstəsi zildi, çıxmayır pəsi.
Bulbül çəh-çəh vuran indi bağca-bağ,
Susub, bayquşların ucalır səsi.
Cıdır düzü olub gavur oylağı,
İsa bulağı da bax qan ağlayır.
Dağlar ətəyiydi xalqın yaylağı,
O yurdun həsrəti bizi dağlayır.
Harayı bürüyüb bütün cahanı,
Qarabağ azadlıq təbili çalıb.
Əli silah tutan mərd oğlum hanı?
Haykırıb, əsarət içində qalıb.
Birləşin soyu türk olan oğullar,
Hər yanda düşmənə bir zərbə vuraq.
Bəsdi, sona yetsin bütün qayğılar,
TURAN dövlətini tezliklə quraq!!!
Pressaz.az