Deputat: ATƏT-in Minsk Qrupu ədalətsizliyə son qoysun

 

Deputat: ATƏT-in Minsk Qrupu ədalətsizliyə son qoysun

Millət vəkili Qənirə Paşayeva bu gün Milli Məclisdə Ağdam rayonu istiqamətində işğalçı Ermənistanın silahlı qüvvələri bölmələri tərəfindən açılan snayper atəşindən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlundan danışıb. Allahdan hərbi qulluqçumuza rəhmət, ailəsinə və yaxınlarına səbr diləyərək, inşallah şəhidimizin qanı yerdə qalmayacaq deyib.

 Qənirə Paşayeva ATƏT-in Minsk qrupu həmsədrlərinə çağırış səsləndirərək işğalçı Ermənistanın bu cinayətlərinə səssiz qalmamağa, kəskin etirazını ucaltmağa çağırıb:

“ATƏT-in Minsk Qrupunu ədalətsizliyə son qoymağa, işğalçı Ermənistanı kəskin şəkildə qınamağa və ciddi addımlar atmağa çağırırıq. Bu günə qədər olan ədalətsiz yanaşmaya son qoyaraq obyektiv mövqe tutsun və işğalçı Ermənistana qarşı addımlar atsın”.

 

Mənbə: Versus.Az