Cərrah-ortoped Pərvanə Əliyeva – Onurğa əyriliyi-Skalioz

Skolioz ( yunan dilindən tərcumədə “skoliosis”- əyrilik)- onurğa sütünunun yanlara əyilməsi olub, daxili orqanların funksiyasının pozulması ilə müşahidə oluna bilər. 

Sağlamlıq hər şeydən önəmlidir.Sağlam olmaq üçün təbii soklar içməli,idmanla məşğul olmalıyıq.Kalsium çatışmamazlığı bir çox xəstəliklərə yol açır.Küçədə gedərkən çoxunda bel kürək nahiyyəsində ya şişkinlik yadaki çiyinlərinin eyni olmamasını görürəm.Bəlkədə bilmirlərki onlarda onurğa əyrilikləri var.Buda ən çox uşaqlarda və 18-25 yaş arası insanlarda rast gəlinir.Daha çox rast gəldiyim SKALİOZDU. Adətən, skolioz uşaqlarda və gənc yaşlarda, orqanizmin sürətlə inkişaf etdiyi vaxtda inkişaf edir. Skolioz olan şəxslərdə orqanizm inkişaf etdikcə, sonrakı yaşlarda da təəssüf ki, skolioz inkişaf etməkdə davam edir. Bununçündə bu movzuya toxunmaq istədim.Güman edirəmki faydalana bilərsiz.
Skolioz onurğa sütünunun özü oxu ətrafında fırlanması ilə xarakterizə olunub, döş qəfəsinin, çanağın və kürək sümüklərinin də qeyri-simmetrik yerləşməsinə səbəb olur. Təbii olmayan skelet quruluşu isə öz növbəsində, daxili orqanlara, damar və sinirlərə toxunaraq onların funksiyasını poza bilər. Bu isə skoliozla yanaşI Əyrilik bucağından asılı olaraq skoliozun 4 dərəcəsini ayırd edirlər. Skolioz bel, döş və döş-bel səviyyələrində ola bilər.   Səbəbinə görə miopatik(əzələ zəifliyi nətivəsində inkişaf edən), displastik (skelet sisteminin qeyri-düzgün inkişafı nəticəsində yaranan) və ideopatik (səbəbi müəyyən edilməyən) növlərə də bölürlər.ı gedən digər xəstəliklərSkolioz travmanın nəticəsi olaraq və ya onurğa sütünuna düşən yükün düzgün paylaşmaması səbəbindən də yarana bilər.

1.Güclü zədələr

2.Onurğanın sınması

3.Beli əyri tutaraq gündəlik yerimə vəziyyəti

4.Kampyuter qarşısında boyunu əyri vəziyyətdə saatlarla oturma qaydaları

5.Ağır çantaları yalnız bir çiyində saxlamaq

6.Zəif fiziki bədən

Skalioz əsasən iki formadan ibarətdir

1. Sadə

2.Mürəkkəb

Sadə skoliozda əsasən onurğa bir noqtədən başlayaraq yalnız bir istiqamətə doğru əyilir.

Mürəkkəb skoliozda isə onurğa bir nöqtədən başlayaraq müxtəlif istiqamətlərə doğru əyilir. Onurğa əyriliyi döş qəfəsində deformasiya yaradaraq,daxili orqanların bir-birilə sıxılmasına gətirib çıxarır.Və bununla da şəxsin gündəlik enerji ehtiyatı tükənir və sanki özünü illərdir yorğun kimi hiss edir.

Skolioz ağırlıq dərəcəsinə görə 4 səviyyəyə bölünür:

1-ci səviyyə: Onurğanın 10 dərəcə üfüqi istiqamətdə əyriliyidir.Skoliozun hələ ilkin başlanğıcı hesab edildiyindən o dərəcədə qorxulu deyildir.Tez üzərinə düşülərsə bu əyrilik yerinə otura bilər.

Skolioz-dəhşətli əyrilik    2-ci səviyyə: Onurğanın 25 dərəcədə əyriliyidir.Artıq narahatçılığa əsas yaranır və xüsusi diqqət göstərilməlidir.Müalicə və masaj-əsas həlledici üsullardandır.

3-cü səviyyə: Onurğanın 40 dərəcədə əyriliyidir.Bu səviyyədə artıq döş qəfəsi öz formasını tədricən itirmiş və belin donqarlığa doğru deformasiyası prosesi başlamışdır.Beldə sümüklər çıxmağa başlayır.Bir növ gərəksiz kimi.       4-cü səviyyə: Onurğanın artıq sürətlə əyilməsi prosesidir.Hansı ki,masaj və müalicə üsulu yetərincə güclü təsir etməz.Və döş qəfəsinin tamamilə formasının itirilməsi,belin donqar halda formalaşması prosesinin kulminasiya nöqtəsinə səbəb olur.Eyni zamanda bu səviyyədə onurga sözün əsl mənasında böyük “S” hərfini xatırladır Skoliozun müalicəsi ilə ortoped-travmatoloq məşğul olur. Yüngül dərəcəli skolioz konservativ, ağır dərəcəli skolioz isə operativ Konservativ müalicə dedikdə müvtəlif ümumi gücləndirici müalicə, massaj, manual terapiya, xüsusi fiziki məşqlər və korsetterapiya nəzərdə tutulur. Korsetlə(xəstəyə xüsusi aparat geyindirilir) müalicə son dövrlər ən efekti müalicə hesab olunur. (cərrahi əməliyyat) yolla müaicə olunur.

13 saylı şəhər poliklinikası, cərrah – ortoped Pərvanə Əliyeva

 

Pressaz.az