Bu il beş şəhərdə içməli su layihələri başa çatacaq

Bu il beş şəhərdə içməli su layihələri başa çatacaq.
Pressaz.az xezerxeber.az-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda bildirib.
İçməli su ilə təminatın 70 faizə çatdığını vurğulayan dövlətimizin başçısı deyib: “Hazırda 38 şəhərdə içməli su layihələrinin icrası başa çatıb, bu il 5 şəhərdə başa çatacaqdır və 12 şəhərdə işlər artıq başlanıb, gedir və bir neçə şəhərdə hələ ki, başlanmayıb. Bu məsələlər daim gündəlikdədir və qəbul ediləcək dördüncü proqramda da öz əksini tapacaq”.