Bu gün şair – publisist Fazil Əsədin ad günüdür

Bu gün şair- publisist Fazil Əsədin ad günüdür. Bu münasibətlə Fazil bəyi təbrik edir, ona həyat və yaradıcılığında uğurlar arzulayırıq.

Fazil Əsəd – Əsədov Fazil Əhəd oğlu 23 iyun 1964-cü ildə Beyləqanda – II Aşıqlı kəndində anadan olmuşdur.Hələ orta məktəbdə oxuduğu vaxtlardan ədəbiyyata,jurnalistikaya və poeziyaya böyük maraq göstərən F.Əsəd əvvəlcə rayon,daha sonra isə respublika mətbuatında -“Yüksəliş”,eləcə də “Sovet kəndi”,”Azərbaycan Gəncləri” və s. məqalələrlə müntəzəm çıxış etmişdir.Qələmə aldığı bədii yaradıcılıq nümunələri,şeirləri mətbuatda dərc olunmağa başlayır.İlk şeiri “Gənc müəllim” qəzetindı 1986-cı ildə çap olunan şairin şeirləri “Elm və həyat”,”Kirpi”,”Kənd həyatı”,”Gənclik”,Azərbaycan təbiəti”,”Ulduz” jurnallarında,həmçinin “Azərbaycan müəllimi”,”Azərbaycan gəncləri”,”Ədəbiyyat qəzeti”,”Ədalət”,”525-ci qəzet”,”Kaspi” və s. qəzetlərdə dərc olunub.

Fazil Əsəd gənc yaşlarından mütaliə etdiyi xarici ədəbiyyat nümayəndələri -Homer,Q.Q Markes,C.F.Kuper,E.Heminquey,Ə.Nesin,Ç.Aytmatov,O.Süleymenov,L.Tolstoy,F.Dostoyevski,
A.Çexov,eləcə də milli ədəbiyyatımızdan B.Vahabzadə,M.Araz,R.Rövşən kimi klassiklərin əsərləri fonun da bir şair kimi püxtələşmişdir. Hal-hazırda AYB-nin üzvüdür, Prezident təqaüdçüsüdür. “Dünya məni yordu”,”Salam,əsgər,salam” adlı şeirlər kitabının müəllifidir.

Şair Fazil Əsəd yaradıcılıqla bərabər ,həm də pedoqoji fəaliyyətlə də məşğul olur.Belə ki,hal-hazırda II Aşıqlı kənd tam orta məktəbdə azərbaycan dili və ədəbiyyat müəllimi işləyir.

 

Pressaz.az