Bu gün Şəhid Sabir Əhmədovun ad günüdür – VİDEO
Bu gün 44 günlük İkinci Qarabağ müharibəsi dövründə qəhrəmancasına şəhid olan Sabir Əhmədovun ad günüdür.
Sabir Əhmədov 1989-cu iliyunun 14-dəBeyləqan rayonunun Qəhrəmanlı kəndində anadan olub. 2005-2016-cı illərdə Qəhrəmanlı kənd tam orta məktəbində təhsil alıb.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidentiİlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sabir Əhmədov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidentiİlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sabir Əhmədov ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.
AzərbaycanınXocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidentiİlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sabir Əhmədov ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidentiİlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sabir Əhmədov ölümündən sonra “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.
ŞƏHİDİM, AD GÜNÜN MÜBARƏK OLSUN!
(Şəhid Sabir Əhmədovun əziz xatirəsinə)
Vətən üçün şirin canından keçən,
Şəhid bulağının şərbətin içən.
Bu həyat yolunda haqq yolun seçən,
Şəhidim, ad günün mübarək olsun!
Getdin, öz yerində dərin iz qoydun,
Düşmənin gözünü qorxmadan oydun.
Bizlərə əmanət üç övlad qoydun,
Şəhidim, ad günün mübarək olsun!
Şəhidlik zirvəsi nəsibin oldu,
Əkdiyin çiçəklər zamansız soldu.
Səni sevənlərin gözləri doldu,
Şəhidim, ad günün mübarək olsun!
Bu gün Cənnətdəki ilk ad günündü,
Oğulların sənə baxıb öyündü.
Qızın belə əsgər kimi geyindi,
Şəhidim, ad günün mübarək olsun!
Beyləqanın igid oğlu, nər oğlu,
Qarabağın fatehisən, ər oğlu!
Unutmarıq səni, inan, bu doğru,
Şəhidim, ad günün mübarək olsun!
Könül Səssiz – Pressaz.Az