Bu gün həkim-şairə Solmaz Qəribelin “Məni məndən alan dünya “- adlı kitabının təqdimat mərasimi keçirildi -FOTO

Pressaz.az xəbər verir ki, bu gün Central Park Hoteldə gözəl xanım, vətənpərvər insan, həkim-şairə Solmaz Qəribelin “Məni məndən alan dünya” adlı kitabının təqdimat mərasimi keçirildi. Təqdimatda millət vəkili Qənirə Paşayeva, tanınmış şairlər və mətbuat işçiləri iştirak edirdilər. Təqdimatın aparıcısı Respublikanın Əməkdar artisti, bədii qiraətçi-aktyor Ağalar Bayramovun təqdimatında şairin şeirləri ifa olundu. Tədbir iştirakçıları şairə Solmaz Qəribelə təbriklər ünvanladılar. Sonda Solmaz xanım öz çıxışında gələn qonaqlara təşəkkürünü bildirdi və kitab hədiyyə etdi.

Biz də Pressaz.az olaraq həkim-şairə Solmaz Qəribeli təbrik edir, ona həyat və yaradıcılığında uğurlar diləyirik.

 

 

Pressaz.az