“Bronxial astma tənəffüs yollarının iltihabi xəstəliyidir” – Dr. Reyhan Paşayeva
Bronxial astma tənəffüs yollarının iltihabi xəstəliyi olub, xırıltılar, tənəffüs müddətinin qısalması, öskürək, döş qəfəsində gərginliklərlə xarakterizə edilir. İltihabın allergik reaksiya və ya xroniki xəstəlik olmasından asılı olaraq allergik komponenti astma və qeyri-allergik astmadan fərqləndirirlər.
Allergiya dedikdə allergen adlandırılan yad cisimlərə immun sisteminin reaksiyası başa düşülür. Allergenlər əsasən iki böyük qrupa bölünür: tənəffüs və qida allergenləri. Tənəffüs allergenləri, yəni tənəffüs orqanları ilə nəfəs alan zaman orqanizmə daxil olan və allergik reaksiya göstərən maddələrdir. Qida allergenləri isə qida qəbulu zamanı yarana bilən allergik reaksiyalardır. Bundan başqa kontakt allergiyası da var. Bu allergenlərlə kontaktda olanda onlara toxunan zaman dəri və selikli qişada özünü göstərir.
Səhiyyə Nazirliyinin ötənilki məlumatına əsasən, ölkəmizdə 17 min 517 nəfər allergik xəstəlikdən əziyyət çəkir. Bronxial astma öskürək, fit verən tənəffüs, boğulma, döş qəfəsində olan xırıltılar kimi əlamətlərlə özünü göstərir.
Dr. Reyhan Paşayeva – media.info.az