BMT-nin son qərarı Ermənistan rəhbərliyində və Qarabağdakı separatçı xunta rejimində dərin məyyusluq yaradıb.
Azərbaycanın inkişaf strategiyasının əsasında dayanan müstəqil siyasəti hər zaman sözünün imzası qədər əhəmiyyətli olduğunu şərtləndirir.Ölkəmizin beynəlxalq münasibətlər sistemində yerinin və rolunun möhkəmlənməsində də müstəqil siyasəti əhəmiyyətli rol oynayır. Bu gün tarixi Zəfərimizin fonunda ölkəmizin müstəqil siyasətinin uğurlarını görürük. Ən yüksək tribunalardan Azərbaycanın dəyişməz mövqeyini bəyan edən dövlət başçısı İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiqliyini nümayiş etdirir və bu fikri bəyan edir ki, tutduğumuz yol düzgün yoldur. Bu baxımdan ki, heç bir qüvvənin diktəsi ilə oturub durmur, siyasətimizi kimlərinsə göstərişi əsasında həyata keçirmirik.
Avqustun 16-da BMT Təhlükəsizlik Şurası ermənilərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya “bağlanmasından” sonra yaranmış “humanitar böhran”ın müzakirəsi üçün təcili iclas keçirib.
Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev iclasda çıxış edərək Ermənistanın davamlı dezinformasiyasından, beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniyadan danışıb, Azərbaycan dövlətinin bu məsələ ilə bağlı mövqeyi barədə məlumat verib.
Çıxışına Ermənistanın ölkəmizə qarşı təbliğ etdiyi “blokada” və ya “humanitar böhran” ilə bağlı bütün əsassız və sübutu olmayan iddiaları qətiyyətlə rədd edərək başlayan Y.Əliyev bildirib ki, Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı, əslində, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək üçün aparılan təxribat xarakterli və məsuliyyətsiz siyasi kampaniyadır.
Məhz Ermənistan 30 ilə yaxın dövrdə işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını birmənalı şəkildə tələb edən 1993-cü ilin müvafiq dörd qətnaməsinə və Təhlükəsizlik Şurasının sədrinin bir sıra bəyanatlarına açıq-aşkar məhəl qoymayıb.
Bu xüsusda, Ermənistanın hərəkətləri əvvəlcədən planlaşdırılmış siyasi riyakarlığın təcəssümündən başqa bir şey deyil və onunTəhlükəsizlik Şurasına müraciəti aylar ərzində beynəlxal qictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniyanın tərkib hissəsidir.
Əgər Ermənistan yardım etmək istəyində səmimi olsaydı, bu, dərhal baş verərdi. Bu, həqiqətən də bu yaxınlarda – bir neçə gün əvvəl beynəlxalq faktorların, o cümlədənTəhlükəsizlik Şurasının bəzi üzvlərinin fəal iştirakı nəticəsində praktiki olaraq mümkün idi. Bu, təkcə Ermənistanın imtinası nəticəsində baş tutmadı.
Qarabağ bölgəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olduğunu və orada yaşayan etnik ermənilərin Azərbaycanın sakinləri hesab edildiyini vurğulayan daimi nümayəndə bildirib ki, Azərbaycan hökuməti bu sakinlərin zəruri mallara çıxışını təmin etmək, onlar üçün müvafiq yaşayış şəraiti yaratmaq əzmindədir. Bu məqsədlər beynəlxalq hüquqa və beynəlxalq humanitar hüququn prinsiplərinə tam uyğundurki, buda Azərbaycanın sözü gedən standartlara riayət etməkdə sarsılmaz sadiqliyini nümayiş etdirir.
“Laçındəhlizi” adlanan yol Azərbaycanın suveren ərazisi daxilində, heç bir ekstraterritorial statusu olmayan, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən, ilknövbədə, vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin daşınması üçün nəzərdə tutulmuşyoldur. Azərbaycan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərə sadiq qalaraq bu yolda hərəkətə icazə verib. Azərbaycan Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi təsis etdikdən sonra da bu olduğu kimi qalır.
Azərbaycan Qarabağ bölgəsinin etnik erməni sakinlərinin bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiyası siyasətini həyata keçirir və Azərbaycan Konstitusiyasında və Azərbaycanın imza atdığı bütün müvafiq beynəlxalq insan hüquqları mexanizmlərində nəzərdə tutulmuş bütün hüquq və azadlıqlara zəmanət verir. BMT Nizamnaməsində və beynəlxalq hüquqda təsbit olunmuş bütün qanunivasitələrlə suverenliyimizi və ərazi bütövlüyümüzü müdafiə etməkə zmində olduğumuz kimi, qeyd edilən hər iki yola sadiqliyimiz sarsılmazdır.
Əminik ki, beynəlxalq ictimaiyyət və ilk növbədə, Təhlükəsizlik Şurası bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi yolu ilə hər iki ölkənin legitim maraqlarına uyğun olaraq, bərabər və qarşılıqlı hörmətə əsaslanan bu yanaşmanı dəstəkləyəcək, – deyə Y.Əliyevbildirib.
Beləliklə, Ermənistanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının gündəliyinə gətirilən iddiaların nəticə almaması, onun bu məsələləri bir daha hansısa beynəlxalq təşkilatın gündəminə gətirmə ehtimalını sıfıra endirdi.
BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasında Ermənistanın tezislərinin heç bir dövlət tərəfindən dəstəklənməməsi birbaşa Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin bariz nəticələrindən biridir. Ölkə Prezidenti İlham Əliyevin məhz strateji düşüncəni ön planda tutaraq həyata keçirdiyi düşünülmüş və balanslaşdırılmış xarici siyasət kursu Ermənistanın son ümidlərinin də puça çıxmasını öncədən şərtləndirmişdi.
Niyaməddin Əsgərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.