Beyləqanın Kəbirli kəndində “Şəhidlər abidə kompleksi və ehsan bulağının açılışı olub -FOTO
Pressaz.az-ın məlumatına görə Beyləqan rayonda torpaqlarımızın azadlığı və müdafiəsi uğurunda qəhrəmancasına həlak olan şəhidlərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində yeni bulaq komplekslərinin, şəhidlərin xatirəsinə abidələrin tikilməsi demək olar ki, ənənə halını alıb.
Aprel ayının 11-də Beyləqan rayonu Kəbirli kəndində şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksi və Ehsan bulağının açılışı şəhidlərimizə olan ehtiramın əyani sübutudur.
Açılış mərasimində Beyləqan rayon İcra hakimiyyəti başçısının müavni Yeganə Məmmədova, RİHB Aparatının ərazi idarəetmə şöbəsinin müdiri İlqar Quliyev, RİH-nin məsul işçiləri, Rayon İcra Hakimiyyəti Başçısının Kəbirli kənd İcra nümayəndəsi Bakir Ağayev,Azərbaycan Respublikası Yeni İctimai Nəzarət Təşkilatı Beyləqan şöbəsinin sədri Asif Quliyev, 15 Temmuz Azərbaycan-Türküyə şəhid ailələri, qaziləri Federasionunun Beyləqan başkanlığım başkan İsmayıl Ateş, Başkanlığın əməkdaşları Pərvanə Murtuzayeva,Başkanlığın halkla ilişkeler mediyada sorğulu başkan, “Quruluş” qəzetinin təsisçisi və baş redaktoru Elman İsrafiloğlulığının, şair Tahir Hüseyn, yazıçı Vidadi Hidayət, kəndin bələdiyyə sədri, müharibə veteranları, Kəbirli kənd sakinləri, şəhidin ailə üzvləri, yaxınları, doğmaları, qazilər və KİV nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidlərin ruhuna dua oxunub, xatirələri bir dəqiqəlik sükutla ehtiramla yad edilib.
Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Sonra Şəhidlər abidə kompleksinin açılışını bildirən qırmızı lent kəsilərək üzərindəki ağ örtük qaldırılıb və tər çiçək dəstələri düzülüb. Şəhid övladları Ehsan bulağının suyundan içdilər.
Tədbirin aparıcısı Elnur Qarabağlı ilk olaraq Rayon İcra Hakimiyyəti Başçısının Kəbirli kənd İcra nümayəndəsi Bakir Ağayev söz verdi.Bakir Ağayev Kəbirli igidlərinin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan danışıb. Şəhidlərimizə Allahdan rəhmət diləyib və Şəhidlər abidə kompleksinin və Ehsan bulağının tikintisində zəhməti olanlara minnətdarlığını bildirib.
Beyləqan rayon İcra hakimiyyətinin başçısının müavini Yeganə Məmmədova açılış mərasimində çıxış edərək Respublika Prezidenti Ali Baş Komandan müzəffər İlham Əliyev tərəfindən şəhidlərimizə və şəhid ailələrinə göstərilən hörmət və ehtiramdan danışıb. Qeyd edib ki, bu gün ölkəmizdə dövlət başçısı tərəfindən sistemli ordu quruculuğu ilə yanaşı, Vətənin bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə,qazilərə, həmçinin müharibə veteranlarına böyük diqqət və qayğı göstərildiyindən danışıb. Çıxışının sonunda torpaqlarımızın azadlığı və müdafiəsi uğurunda canlarından keçən şəhidlərə Allahdan rəhmət, şəhid ailələrinə səbr, qazilərimizə şəfa diləyib.
Pərvanə Murtuzayeva çıxış edərək Tum Anodolu 15 Temruz Şehid ve qazi aileleri dernegi başkanı dokyor Adem Akkuşun salamlarını tədbir iştirakçılarına çatdırdı.Çıxışının sonunda şəhid ailələrinə Allahdan rəhmət dilədi.
Çıxış edənlərdən qazi Namiq Əmirxanov, AYB, AJB-nin üzvü Elman İsrafiloğlu, Tahir Hüseyn, Vidadi Hidayət, Şəhid Eldar Əliyev adına Kəbirli kənd tam orta məktəbinin direktoru İlqar müəllim, həmin məktəbin müəllimlərindən Suruş müəllim, İbad müəllim bildirdilər ki, bu gün bizlər azad şəkildə müstəqil və suveren bir dövlətdə yaşayırıqsa, bu, şəhidlərimizin göstərdikləri qəhrəmanlıqlar sayəsindədir. Ona görə də hər bir azərbaycanlı şəhidlərin adını daim uca tutmalı, onların ailə üzvlərinə, doğmalarına hörmətlə yanaşmalıdır. Bu, hər birmizin vətəndaşlıq borcu olmalıdır.
Sonra tədbirdə iştirak edən şəhid ailələri abidə kompleksinin önünə dəvər olunub.Şəhid ailələri çıxış edərək dövlətimizin onlara göstərdiyi qayğıdan söz açdılar Şəhidlər abidə kompleksinin və Ehsan bulağının tikintisində zəhməti olanara minnətdarlıqlarını bildirdilər.Şəhidlərmizə Allahdan rəhmət dilədilər.
Məktəbin şagrdləri Vətənə,şəhidlərə həsr olunmuş şeirlər söyləyib.
Elman İsrafiloğlu – 15 Temmz Türkiyə-Azərbaycan şəhid ailələri, qaziləri Federasionunun Beyləqan başkanlığı başkan yardımçısı,Başkanlığın halkla ilişkeler mediyada sorğulu başkan, “Quruluş” qəzetinin təsisçisi və baş redaktoru AYB,AJB-nın üzvü
Pressaz.az