Beyləqanın icra başçısı işdən çıxarıldı

Prezident İlham Əliyev Beyləqan rayinunun icra başçısı Vaqif Abdullayevin vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Pressaz.az  Modern.az saytına istinadən xəbər verir ki, bu gün imzalanan sərəncamda bildirilib:

“Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Vaqif İdris oğlu Abdullayev Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin”.

Xatırladaq ki, Vaqif Abdullayev 1992-1994-cü illərdə Prezidenti Aparatının nəşri olan “Yurd” jurnalında şöbə müdiri, 1994-2000-ci illərdə Prezidentin İşlər İdarəsində məsləhətçi vəzifəsində işləyib.

İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

2007-2012-ci illərdə Xızı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

10 aprel 2012-ci il tarixli sərəncamı ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.