Beyləqanda Şəhidlər bulağı istifadəyə verildi – FOTO
02 aprel 2021-ci il tarixdə Beyləqan şəhərində 44 gün davam edən Vətən müharibəsi və birinci Qarabağ şəhidlərinin xatirəsinə Şəhidlər bulağının açılışı ilə əlaqədar olaraq tədbir keçirilmişdir. Şəhidlər bulağı şəhər sakinlərinin təşəbbüsü və zəhməti ilə şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə rayonun Dostluq sovxozu deyilən ərazisində tikilmişdir. Şəhidlər bulağından bu ərazidə yaşayan əhali istifadə edəcəkdir.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra torpaqlarımızın azadlığı və müdafiəsi uğrunda şəhid olan Beyləqan igidlərinin və bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Beyləqan rayon İcra Hakimiyyəti başçısının birinci müavini Telman Məstanov,İcra hakimiyyəti başçısının müavini Yeganə Məmmədova, İcra Hakimiyətinin rəhbər işçiləri, Beyləqan şəhəri üzrə vətən müharibəsində və birinci Qarabağ müharibəsində şəhid olan qəhrəmanlarımızın ailə üzvləri, qohumları, Azərbaycan Respublikası Vətən Müharibəsi Veteranlar Birliyinin Beyləqan bölməsinin sədri Rövşən Namazəliyev, Pressaz.az portalının rəhbəri Ramilə Atəş, hergun.az saytının rəhbəri, “Quruluş”qəzetinin baş redaktoru Elman İsrafiloğlu, Türkiyə Qazilər Cəmiyyətinin Beyləqan şöbəsinin sədri İsmayıl Atəş, media işçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Ara məsafəsi saxlanılmaqla, qoruyucu maskalardan istifadə olunmaqla tədbir baş tutmuşdur.
Beyləqan rayon İcra hakimiyyəti başçısının müavini Yeganə Məmmədova çıxış edərək dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan söz açdı. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün çəkən vətən müharibəsində Silahlı Qüvvələrimizin döyüşlərdə göstərdiyi şücaətlərdən danışdı. Çıxışının sonunda bütün şəhidlərimizə uca Tanrıdan rəhmət dilədi. Şəhidlər bulağının çəkilişində zəhməti olan hər kəsə dərin təşəkkürünü bildirmişdir.
Çıxış edənlərdən Ramilə Atəş, Elman İsrafiloğlu, İsmayıl Atəş, Rövşən Namazəliyev, Nüsrət Köçəriyev, Şəhid anası Elmira ana, Bəylər Gileyli, Elnur Qarabağlı, seyid Mirhəsən Talıbov və başqaları şəhidlərimizin keçdikləri şərəfli döyüş yolundan danışmışlar. Çızxış edən natiqlər şəhidlərimizə Uca Tanrıdan rəhmət diləmişlər.
Xüsusi qeyd etmək istərdik ki,Mustafayev Valeh Mədət oğlunun (şəhid atası),Mehdizadə Kamil Nizami oğlunun,Savalanov Zöhrəli Nadir oğlunun,Qasımov Asəf Eldar oğlunun,Ağayev Qoşqar Mətləb oğlunun,Ağayev Ağa Rüstəm oğlunun,Quliyev Xaliq Xosrov oğlunun,Mehdizadə Yasin Xalik oğlunun,Balaşov Natiq Əhliman oğlunun, Mehdiyev Atamoğlan Qənbər oğlunun,Qasımov Elçin Rasim oğlunun,Quliyev Veysəl Sərvər oğlunun,Salmanzadə Fərahim Rövşən oğlunun,Xəlilov Anar Nadir oğlunun, Mustafayev Mahir Mədət oğlunun, iş adamı Raufun, Quliyev Təhmasib Rəhim oğlunun,Savalanov İsmayıl Nadir oğlunun Şəhidlər bulağının tikintisində böyük zəhmətləri olmuşdur.Onlara təşəkkürümüzü bildiririk.
Sonda rəmzi lenti kəsməklə bulağın açlışı edildi.
Elman İsrafiloğlu,
AYB,AJB-nin üzvü, “Quruluş” qəzetinin baş redaktoru.