Beyləqanda Azərbaycanın dahi şairi Mücirəddin Beyləqaniyə həsr olunmuş Beynəlxalq Şairlər günü qeyd olunub -FOTO

Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə hər il iyun ayının 5-i Dahi ədiblərimizin xatirəsinə Beynəlxalq Şairlər günü keçirilir.
Bu bayram tədbiri ənənəvi olaraq iyun ayının 7- si Beyləqan şəhərində 12- ci əsrin dahi şairi Mücirəddin Beyləqaniyə həsr olunur.
Bu il də Azərbaycan Yazıçılar Birliyinin Beyləqan Bölməsinin təşkilatçılığı ilə bu tədir pandemiya qaydalarına əməl olunmaqla Azərbaycan Yazıçılar Birliyinin Beyləqan Bölməsinin şair və yazıçıları tərəfindən qeyd olundu .
Əvvəlcə şair və yazıçılar şairin xatirəsinə ehtiram əlaməti olaraq Mücirəddin Beyləqaninin abidəsi önünə gül-çiçək dəstələri düzüblər.
Sonra Beyləqan Tarix Diyarşünaslıq Muzeyində dahi şairin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin Beyləqan Bölməsinin sədri Fazil Əsəd əvvəlcə şair və yazıçıları Beynəlxalq Şairlər günü münasibətilə təbrik etdi. Sonra keçirilən tədbirin əhəmiyyətindən danışdı. Şair və yazıçılara yaradıcılıq uğurları arzuladı.
Bölmənin 1- katibi Raquf Budaqlı tədbir iştirakçılarını salamladıqdan sonra M. Beyləqaniyə həsr etdiyi şeiri söylədi.
Tədbirdə iştirak edən mərhum yazıçı- dramaturq Asif Cəfərlinin oğlu “Novator” qəzetinin təsisçisi Elgün Cəfərov M. Beyləqaninin həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verdi.
Şair və yazıçılardan Bəhram Fərmanzadə, Allahverd Kərimoğlu, Vəliyəddin Əhmədbəy, Ağa Savalan, Rövşən Budaq, Mirvari Qarabağlı, Günel Vaqifqızı, Arif Həsənli, Ədalət Çümşüdoğlu, Vüsal Muxtarov, Əlixan Ziya, Araz Elsevər, çıxışlarında M. Beyləqaninin şeirlərindən nümunələr söylədilər, şairə həsr etdikləri şeirlər dedilər.
‌ Sonda şairlər günü münasibətilə Həzrəti Cərciz ziyarətgahında mərhum yazıçı- dramaturq Asif Cəfərlinin, şair-folklorşunas Səmədxan Beyləqanlının və şair- publisist Vaqif Cəfərlinin qəbirüstü abidələrini ziyarət etmişlər.

Rövşən Budaq – Pressaz.az