Beyləqan yazarlarının yaradıcılığında Heydər Əliyev və Azərbaycan mövzusunda tədbir keçirilib – FOTO
8 may 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının inzibati binasında Beyləqan rayon təşkilatının təşkilatçılığı ilə Ümummilli Lider Heydər
Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Beyləqan yazarlarının yaradıcılığında Heydər Əliyev və Azərbaycan mövzusunda tədbir keçirildi.
Tədbiri Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov açaraq Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığı haqqında geniş məlumat verərək bildirdi ki, Azərbaycan xalqı xöşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi Ümummilli Lideri var. İnanıram ki, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu qoşa səslənəcəkdir. Nə qədər ki, Azərbaycan var, nə qədər ki bu millət var Heydər Əliyevdə var olacaq.
Tədbirdə çıxış edən yazarlardan Fazil Əsəd, Raquf Budaqlı, Bəylər Gileyli, Rəşidə Allahverdiyeva, Mehman Əliyev, Ağa Savalan və başqaları çıxış edərək bildirdilər ki, qürurla yaşadığımız müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir. Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb ən tale yüklü məqamlarda qalib rolu oynamışlar. Məhz Ulu Öndər Heydər Əliyev də bu dahilərdəndir. Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədilik qazanması heç də təsadüfü deyil. Ümummilli Liderin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində çiçəklənən bugünkü Azərbaycan onu deməyə əsas verir ki, həqiqətən də Heydər Əliyev çox böyük dahi şəxsiyyətdir. Əminik ki, bundan sonar da Heydər Əliyev ideyaları yüksək zirvələr fəth edəcəkdir.
Tədbirin sonunda bir qrup Beyləqan yazarına rayon təşkilatının içtimai işlərində göstərdikləri fəallığa görə Fəxri Fərmanlar təqdim edildi.
Media.info.az