Beyləqan rayonunda Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edildi-FOTO
Pressaz.az xəbər verir ki, Beyləqan Rayon Heydər Əliyev adına Parkda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə məktəblilər tərəfindən sərgi təşkil edilib, tədbirlər keçirilib. Şəhər ziyalıları, Qarabağ müharibə veteranları Ulu öndərin həyat yolundan danışıb, onu hörmətlə yad ediblər. Beyləqan sakinləri Heydər Əliyevin abidəsinin önünə çiçəklər qoyaraq onun xatirəsini dərin ehtiramla yad ediblər.
Pressaz.az