BEYLƏQAN POLİSİ SABİTLİYİN KEŞİYİNDƏ
Azərbaycan polisi dövlətçiliyin sadiq keşikçisidir.
İctimai-siyasi sabitlik hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolu seçmiş hər bir dövlətin mövcudluğunun mühüm şərtlərindən biridir. Müstəqil Azərbaycanın son illərdə bütün sahələrdə sürətlə inkişaf edən, beynəlxalq miqyasda böyük nüfuz sahibi olan dövlətlərdən birinə çevrilməsi də əsası dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitlikctimai-siyasi sabitlik hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolu seçmiş hər bir dövlətin mövcudluğunun mühüm şərtlərindən biridir. Müstəqil Azərbaycanın son illərdə bütün sahələrdə sürətlə inkişaf edən, beynəlxalq miqyasda böyük nüfuz sahibi olan dövlətlərdən birinə çevrilməsi də əsası dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitlik amilinə söykənir. Məhz bu sabitlik nəticəsində mürəkkəb geosiyasi-coğrafi məkanda yerləşən Azərbaycanın dünya miqyasında sivil, demokratik yolla irəliləyən, beynəlxalq hüquq normalarına və prinsip-lərinə hörmətlə yanaşan dövlət imici daha da möhkəmlənmişdi amilinə söykənir. Məhz bu sabitlik mürəkkəb geosiyasi-coğrafi məkanda yerləşən Azərbaycanın dünya miqyasında sivil, demokratik yolla irəliləyən, beynəlxalq hüquq normalarına və prinsip-lərinə hörmətlə yanaşan dövlət imici daha da möhkəmlənmişdir.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında respublikamızda möhkəm əsaslarla formalaşmış ictimai-siyasi sabitliyin xalqın bugünkü və gələcək taleyi baxımından necə böyük əhəmiyyət kəsb etdiyi ən azı bu tarixi reallıqlara nəzərən əyani təsdiqini tapır. Bu gün Beyləqan polisinin sabitliyin keşiyində ayıq-sayıq dayaması buna bariz nümunədir.
Rəşid Piriyevin Beyləqan rayonuna rəis təyin olunması Beyləqan rayonunda yaxşı mənada ciddi dəyişikliyə səbəb olub. Rayon ərazisində bütün sahələrdə qayda qanuna əməl edilməsi Beyləqan polisinin sabitliyin keşiyində ayıq-sayıq dayandığından xəbər verir.
Rayon əhalisi Rəşid Piriyevin rayona gəlişindən sonra az bir vaxtda bir çox bağlı qalmış cinayətlərin açılmasını yeni rəisin daha şəffaf və operativ çalışması kimi qiymətləndirirlər. Deyirlər elin gözü tərəzidir. Görünən kəndə nə bələdçi…Rayona gəldiyi gündən mütəmadi olaraq kənd və qəsəbələrdə gənclər arasında maarifləndirici tədbirlərdə çıxış edən Rəşid Piriyev gənclərə düzgün yol göstərməklə, cəmiyyətimizin saf, sağlam mühitdə yaşaması üçün tövsiyələr verərək, hər kəsi qayda qanunlara ciddi riayət etməyi aşılayır.
“Polis haqqında” qanunun qəlibi daxilində çıxış etsək, polisin fəaliyyətinin rəsmi qiymətləndirilməsinin əsas kriteriyalarından biri ictimai rəydən ibarətdir. Cəmiyyətin müəyyən qrup və təbəqəsindən polisə dəstək olarsa, polis haqqında, onun fəaliyyəti ilə bir araya sığmayan dedi-qodulara da imkan verilməz. Ən azı, hakimiyyətin səlahiyyətli nümayəndələri onunla yanaşı xidmət edən, cəmiyyətin könüllü dəstəkliləri yanında həddini aşmaz, insan və vətəndaş hüquq və azadlıqlarına daha həssas və humanistcəsinə yanaşar. Bir sözlə, polisin nüfuzu artar.
“Polis haqqında” Azərbaycan Respublikası qanununun dili ilə ifadə etsək, polis, fəaliyyət istiqamətlərini həyata keçirərkən özünə qarşı ictimai etimadın və vətəndaşların dəstəyinin təminatına çalışır.
Mübaliğəsiz deyə bilərik ki, bu, bəzən, hər bir cəmiyyətin bütövlükdə polisə nə dərəcədə etibarından və onun fəaliyyətinə inamından asılı olur. Bu kriteriya həm də, polisin vəzifəsinin icrası zamanı vətəndaş cəmiyyətinin hansı səviyyədə onlara dəstək olmasından irəli gəlir və daha çox cinayətkarlıqla mübarizədə, habelə ictimai asayişin və sabitliyin təmin olunmasında təsdiqini tapır.
Ramilə Məmmədova – Pressaz.az