Beyləqan ədəbi mühitinin qocaman şairi Səmədxan Fətiş oğlu Beyləqanlı vəfat edib

Azərbaycan Yazıçılar Birliyinin Beyləqan Bölməsinin ilk yaradıcılarından olmuş, Beyləqan ədəbi mühitinin qocaman şairi Səmədxan Fətiş oğlu Beyləqanlı ötən gün 30 avqust 2020- ci il tarixdə 83 yaşında vəfat etmişdir.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycan Aşıqlar Birliyinin üzvü, sonuncu dərvişimiz, səmimi insan Səmədxan Beyləqanlı ötən əsrin 70-ci illərindən Azərbaycanın bir çox bölgələrini gəzərək folklorumuzu yarpaq-yarpaq toplamış, milli dəyərlərimizin keşiyində durmuşdu. Onun 40-dan çox kitabları işıq üzü görmüşdür.
Beyləqan ictimaiyyətində bir çox ədəbi tədbirlərin müəllifi olmuşdur. O, Mücirəddin aşiqi, Vətənpərvər ziyalı idi. Qədim Beyləqan şəhərinin adının bərpa olunmasında böyük fəallıq göstərmişdir.

Pressaz.az xəbər portalının kollektivi, Azərbaycan Yazıçılar Birliyinin Beyləqan Bölməsinin sədri Asif Cəfərli, bölmənin üzvləri Azərbaycan Yazıçılar Birliyinin adından Səmədxan Beyləqanlının ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verirlər.

Allah rəhmət eləsin!

 

Pressaz.az