“Best Model of Azerbaijan”ın final tarixi dəqiqləşdi – FOTO
Maraqla gözlənilən “Best Model of Azerbaijan” yarışmasının final tarixi müəyyənləşib.
Pressaz.az Oxu.Az-a istinadən xəbər verir ki, tədbir 28 noyabrda “Fairmont Baku Flame Towers”da keçiriləcək.
Yarışma “MTV Azərbaycan” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Tədbirin aparıcısı isə Samir Bayramlıdır.
Münsif kürsüsündə Əməkdar artist Tünzalə Ağayeva, şairə Zəhra Bədəlbəyli, modellər Rüstəm Cəbrayılov, İlqar Əliyev, stilistlər Anar Ağakişiyev, Fuad Hacıyev, iş xanımı Ruhi Əliyeva, modelyer Afaq İsmayılzadə, xoreoqraf Syama Həsənova və başqalarının yer aldığı yarışmada 60 nəfər finala keçib.
Onu da bildirək ki, layihənin Milli və Beynəlxalq direktoru Aqil Məmiyev, direktoru Pərviz Əzimzadə, baş prodüseri Rəna Sultanova, rəsmi partnyoru Ləman Mirtalıblıdır.