Bayramın mübarək Azərbaycan müəllimi!

 Bu bayram dünyanın 100-dən çox ölkəsində qeyd olunur.

Beynəlxalq Müəllimlər Gününün qeyd olunması ilə bağlı qərarı YUNESKO 1966-cı il oktyabrın 5-də vermişdir. Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunmuşdur. İndi oktyabrın 5-ni dünyanın 100-dən artıq ölkəsi müəllimlərin peşə bayramı kimi qeyd edir. Müstəqil Azərbaycanda isə bu bayramın keçirilməsi ilə bağlı sərəncamı Ulu Öndər Heydər Əliyev vermişdir. Müəllim peşəsini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev deyirdi: “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”. 

Bu gün müəllim adını daşıyan hər kəsi,  başda 53 Nömrəli Tam Orta Məktəbin direktoru Tünzalə xanım Zeynalova olmaqla bütün müəllim həmkarlarımı bayram münasibəti ilə ürəkdən təbrik edirəm. Yolunuz şərəfli olduğu qədər də çətin bir yoldur, əziz müəllimlər. Yolunuzda həmişə yaşıl işıq yansın!

Bayramın mübarək Azərbaycan müəllimi!

                                                                

                                                                         

Bəxtiyar Mirmövsümov – Pressaz.az