Bakıda keçirilən İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı başa çatıb – FOTO

İyunun 5-də Azərbaycan Milli Elmlər Akademiyasının parkında xalqımızın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı başa çatıb.

Festivalın açılış mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Milli Elmlər Akademiyasının vitse-prezidenti Dilqəm Tağıyev, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlar Sabir Rüstəmxanlı, Cavanşir Feyziyev və bir sıra beynəlxalq təşkilatların nümayəndələri çıxış ediblər.

Sonra ayrı-ayrı yazarların kitabları təqdim olunub. Minlərlə paytaxt sakininin qatıldığı festivalın bir həftə davam etdi və hər gün türk dünyasının tanınmış müəllifləri ilə görüşləri, imza mərasimləri keçirilib.