Bakıda keçirilən ADEX-2018 müdafiə sərgisi başa çatıb – FOTOLAR

Sentyabrın 27-də Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda keçirilən ADEX-2018 üçüncü Beynəlxalq müdafiə sərgisi öz işini başa çatdırıb.

Pressaz.az xəbər verir ki, Sərgidə Türkiyə, Fransa, İsrail, Rusiya, Belarus, Pakistan, Çin və s. dövlətlər daxil olmaqla dünyanın 29 ölkəsindən 224 şirkət iştirak edib. İştirak edən dövlətlərdən 11 ölkə – Azərbaycan, Türkiyə, Rusiya, Fransa, Belarus, Çin, Pakistan, İsrail, İran, Ukrayna və Serbiya milli pavilyonları ilə təmsil olunublar.