Bakıda kafe-restoranlar açıldı – Qaydalara necə əməl edilir? – VİDEO

Hamının gözlədiyi gün nəhayət gəldi. Uzun fasilədən sonra bu gün insanlar açıq havada faəliyyət göstərən iaşə obyektlərinin xidmətindən istifadəyə başlayıb. Ancaq bu fəaliyyət zamanıkafe, çay evi, restoranlar və həmçinin müştərilər pandemiya dövrünün qaydalarına əməl etməlidir.
Bu gündən iaşə obyektləri qapılarını müştərilərin üznə açıb. Yalnız açıq hava ərazisi olan kafe və restoranlar bu müştərilərinin qəbuluna başlayıb.
Ancaq fəaliyyət zamanı Nazirlər kabineti yanında Operativ Qərargahın, İqtisadiyyat Nazirliyinin və Qida Təhlükəsizliyi Agentliyinin pandemiya dövrü ilə əlaqədar verdiyi göstərişlərə əməl olunmalıdır. Masalar bir-birindən 2 metr, oturacaqlar isə minimum 1 metr aralı olmalıdır. Həmçinin bir masa ətrafında maksimum 6 nəfər əyləşə bilər. Bununla yanaşı müştərilərə xidmət zamanı işçilər mütləq tibbi maskadan istifadə etməlidir.
Bu günü səbrsizliklə gözləyən müştərilər də kafe və restoranların açılmasına olduqca sevindiklərini bildirib.
Uzun müddət sonra qapılarını müştərilərinin üzünə açan kafe və restoran işçiləri də işlərinin başına geri döndükləri üçün olduqca məmnun olduqlarını bildirib.