Bakıda faciə: Ana üç övladı ilə dəm qazından boğuldu
.jpg)
Bakının Suraxanı rayonunda dəm qazı dörd nəfərin həyatına son qoyub.
Pressaz.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə rayonun Bülbülə qəsəbəsi Samir Əliyev küçəsində baş verib. Ana və üç uşağı dəm qazından boğularaq ölüb.
Məlum olub ki, 1990-ci il təvəllüdlü Cəfərova Elmira Fərhad qızı və üç övladı – 2015-ci il Əsgərli Əli, Əsgərli Fatimə və Əsgərli Zəhra dəm qazından boğulublar.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda araşdırma aparılır.