Bakı, Sumqayıt, Abşeronda şənbə günləri dərs keçirilə bilər? – Nazirlikdən AÇIQLAMA

Təhsil Nazirliyi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda şənbə günləri dərs keçirilə bilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Pressaz.az XəzərXəbər-ə istinadən xəbər verir ki, nazirlikdən bildirilib ki, xüsusi karantin rejimi tətbiq edilən regionlarda ictimai nəqliyyatın şənbə günü işləməməsini nəzərə alaraq, dərslərin bir qismini həftəiçi 2-ci və ya 3-cü növbəyə salmaq tövsiyə edilir:
“Bu rejimi V – IX sinif şagirdlərinə tətbiq etmək məqsədəuyğundur”.