Bakı metrosu açılır – VİDEO

“Bakı Metropoliteni”nin fəaliyyətinin 9 may 2020-ci il saat 06.00-dan etibarən bərpa edilir.

 Pressaz.az  Xezerxeber.az-amma istinadən xəbər verir ki, metro stansiyalarına yalnız yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayışla tərk edən sərnişinlərin girişinə icazə verilməlidir. Sərnişinlərin metro stansiyası ərazisində, eləcə də qatarlarda qoruyucu maskalardan istifadəsi və sosial məsafəni gözləməsi mütləqdir.

“Bakı Metropoliteni”nin sədri Zaur Hüseynov Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında deyib ki, qatarlarda sıxlığın olmaması üçün metropoliten gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək, qatarların hərəkəti və texniki imkanlar nəzərə alınmaqla, interval minimuma endiriləcək. Metrostansiya və qatarlarda maskadan istifadə məcburi olacaq. Metrodan istifadə qaydalarında dəyişiklik bununla bitmir.

Sərnişinlərin maska əldə edə bilmələri üçün metro stansiyalarında fəaliyyət göstərən apteklərə tibbi maska satışı üçün tam şərait yaradılacaq. Həmin apteklərdə maskanın olubolmaması da nəzarətdə saxlanacaq. Zaur Hüseynov xüsusilə vurğulayıb ki, sərnişinlər qoyulan qaydalara riayət etməsələr, metro yenidən bağlana bilər.

Artıq vaqonlar və stansiyalar tam dezinfeksiya edilib. 65 yaşdan yuxarı yaşı olan metro işçiləri isə işə çıxmayacaqlar. Metro axşam saat 12yə qədər sərnişin daşıyacaq.

ezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: