Azərbaycanda yüzlərlə əsgəri ölümdən xilas edən həkim koronavirusdan öldü – FOTO
Azərbaycanda daha bir həkim COVID-19 infeksiyasının qurbanı olub.
Aprel döyüşlərində yüzlərlə əsgər və zabitin həyatını xilas etmiş tibb xidməti mayoru, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının anestezioloq-reanimatoloqu Teymur Cəfərov koronavirusdan dünyasını dəyişib.
Qeyd edək ki, Teymur Cəfərovun müalicəsi Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə nəzarətə götürülmüşdü. O, Mərkəzi Hərbi Hospitalda EKMO ciahazına qoşulmuşdu.